Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Göygöl rayonunda qeyd olunub

10 may 2019 | 16:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə  Göygöl Rayon İcra Hakimiyyətinin İnzibati binasının qarşısında ulu öndərin heykəli önünə gül dəstələri qoyulduqdan sonra ümumrayon tədbiri keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, rayonun ərazisində yerləşən N saylı hərbi hissələrin əsgər və zabitləri, İcra Hakimiyyəti Başçısının  inzibati ərazi dairələri  üzrə nümayəndələri, bələdiyyələr,  ağsaqqallar, eləcə də rayon ictimayyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək qeyd edib ki, dövlətimizin, xalqımızın, hər birimizin  taleyində Heydər Əliyev dühasının zərrəsi var. Bu faktın özü hər birimiz üçün qurur və iftixar mənbəyidir.
Ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqımızın rifah halının daha da yaxşılaşdırılması üçün çalışıb. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq həm də əsl dövlət idarəçiliyi məktəbinə çevrilib, milli dövlətçiliyimizin ideya əsasını yaradıb. 
Bu gün Azərbaycan xalqı fəxr edir ki, dahi siyasətçi Heydər Əliyevin qurub yaratdığı dövlət müstəqilliyinin inkişafı üçün bütün qüvvə və bacarığını əsirgəməyən, ölkəmizin xoşbəxt gələcəyi naminə böyük, əzəmətli quruculuq işlərinə ustalıq və səriştə ilə rəhbərlik edən,   Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev kimi Prezidentimiz var. Böyük iftixar hissi ilə deyə bilərik ki, Respublikamızın Dövlət Müstəqilliyi günü-gündən güclənir və inkişaf edir.

Keçidlər