Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illik yubileyinə” həsr olunmuş tədbir keçirilib

23 aprel 2019 | 16:00

22-23 aprel 2019-cu il tarixdə Göygöl rayonunda Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Eva Maria Auxun təşəbbüsü ilə “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illik yubileyinə” həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Göygöl rayon ictimaiyyəti, Gürcüstan və Cənubi Qafqazda Evanqelik-Lüteran Kilsəsinin yepiskopu Markus Şox,  Bakıdan və Almaniyadan gəlmiş  nümayəndə heyəti iştirak ediblər.
Tədbir çərçivəsində qonaqlar  Yeni turist bələdçilik sistemi ilə tanış olub, Lüteran alman kilsəsinə, Göygöl şərab zavodu və Göygöl Milli Parkına ekskursiya ediblər.

Keçidlər