Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibəti ilə Göygöl rayonunda tədbirlər keçirilib

07 aprel 2019 | 16:00

Azərbaycan Respublikasının 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibəti ilə Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev parkında konsert və “Flaşmob” təşkil olunub,  ağacəkmə kompaniyası həyata keçirilib. 
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, ağsaqqallar, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Bayram tədbirində rayon gənclərinin nümayəndələri “Gözün aydın Azərbaycan, 10 milyonuncu vətəndaşın dünyaya gəldi!” devizi altında müxtəlif bədii-musiqili çıxışlar edərək, tədbirə xoş ovqat qatıblar.

Keçidlər