Göygöl rayonunda Novruz Bayramı təntənə ilə qeyd olunub
Xalqımızın gözəl adət-ənənələrini özündə ehtiva edən, ən qədim tarixə malik olan, bahar fəslinin gəlişini tərənnüm edən – Novruz Bayramı münasibətilə Göygöl rayonunda ümumrayon şənliyi keçirilib. Şənlik Şəhər mərkəzi stadionda təşkil edilib. İcra hakimiyyəti tərəfindən təşkil edilmiş şənlikdə Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı Arif Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi əlilləri, şəhid və aztəminatlı ailələr, idmançılar, musiqiçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi Novruz Bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib və bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.
Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov bayram tonqalını alovlandırdıqdan sonra, qonaqlarla birgə hər bir kollektivə yaxınlaşaraq bayram münasibəti ilə təşkil olunmuş süfrələrlə tanış olublar və onlara bir daha öz xoş arzularını çatdırıblar. Eyni zamanda rayon idmançılarının nümunəvi çıxışlarına da tamaşa olunub.
Novruz Bayramının əsas personaları olan Kosa, Keçəl və Bahar Qızı atlıların müşayiəti ilə faytonda şəhərin küçələrini dövr edərək meydançaya daxil olub öz duzlu və məzəli çıxışları ilə şənliyə qatıblar.
Şənlik rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı ilə başa çatıb.