Göygöllü məktəblilər növbəti “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olublar
Ölkə rəhbərinin tapşırığına əsasən məktəblilərin bölgələrə maarifləndirici tur aksiyası davam etdirilir. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Göygöllü məktəblilər növbəti mərhələyə qatılıblar. Belə ki, 15 mart 2019-cu il tarixdə Göygöl rayon ümumtəhsil məktəblərinin 40 nəfər əlaçı və nümunəvi şagirdləri 5 bələdçi-müəllimin müşayiəti ilə Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşdülər. Tur-aksiya iştirakçıları əvvəlcə Göygöl rayon Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər. “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçılarının yola salma mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Aparatının, rayon Təhsil şöbəsinin işçiləri, valideynlər, ağsaqqallar və media nümayəndələri iştirak etdilər.
Tur iştirakçıları yaradılmış bu şəraitə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər və xüsusi avtobusla yola salındılar.