Göygöl rayonunda “5 Mart – Bədən tərbiyəsi və idman günü” qeyd olundu
05 mart 2019 | 16:00
“5 Mart – Bədən tərbiyəsi və idman günü” münasibəti ilə Göygöl rayonunda müxtəlif idman yarışları və müsabiqələr təşkil olundu və yekun olaraq Göygöl rayon Gənclər Mərkəzinin akr zalında rayon gənclərinin və idmançısının iştirakı ilə ümumrayon toplantısı keçirildi. Toplantıda çıxış edən natiqlər ölkə rəhbərinin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan geniş və ətraflı məlumat verdilər və göstərilən qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyeva öz dərin minnətdarlıqlarını bildirdilər. Yekunda idman sahəsində qazandıqları uğurlara görə bir sıra rayon idmançısına fəxri fərman və xatirə hədiyyələri təqdim olundu.