Yaponiyanın Azərbaycandakı səfiri cənab Teruyuki Katori Göygöl rayonuna səfər etdi
25 fevral 2019 | 16:00
Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Teruyuki Katori Göygöl rayonuna səfər etdi.
Səfər çərçivəsində cənab səfir Teruyuki Katori Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovla görüşdü.
Görüşdən sonra cənab səfir Teruyuki Katori Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində podratçı təşkilat Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Rafiq İsmayılovla Göygöl rayonunun Şəhriyar və Danayeri kəndlərində Tibb Məntəqəsi tikintisi layihəsinin imzalama mərasimi keçirildi.