Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunun Çaykənd kəndinə çəkilmiş təbii qazın verilməsi ilə bağlı tədbir keçirildi

27 dekabr 2018 | 16:00

Göygöl rayonunun Çaykənd kəndinə çəkilmiş təbii qazın  verilməsi ilə bağlı tədbir keçirildi. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı Arif Seyidov,  Gəncə Regional Qaz İstismarı İdarəsinin rəisi Fariz Məmmədov,  rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak etdilər.
        Göygöl rayon Qaz istismar sahəsinin rəisi Samin Hacıyev tədbirdə çıxış edərək qeyd etdi ki,  Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığına əsasən regionların qazlaşdırılması ilə bağlı böyük layihələr həyata keçirilir,  hazırda Göygöl rayonunun  30 yaşayış massivi təbii qazla təmin edilmişdir. Bu gün isə Çaykənd  kəndi üzrə 665 abonentə təbii qazın verilməsi təmin olunur.
       Kənd sakinləri onlara bu sevinci yaşatdıqlarına görə ilk növbədə ölkə rəhbəri cənab İlham Əliyevə və bu işdə əməyi olan hər bir şəxsə dərin minnətdarlıqlarını bildirdilər.
Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək qeyd etdi ki, yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi prioritet məsələlərdəndir və daim dövlətimizin diqqət mərkəzindədir. Göygöl rayonunda bu siyasət uğurla həyata keçirilir. Gələcəkdə rayonun qazlaşmamış digər yaşayış massivlərinin də qazlaşdırılması nəzərdə tutulub.
Tədbirin sonunda açılış rəmzi olan məşəl yandırıldı və evlərə təbii qazın verilməsi təmin olundu.

Keçidlər