Şriftin ölçüsü :

Saytın rəngi :

28 May - Müstəqillik Günü münasibətilə "Breyn-rinq" intellektual bilik yarışması keçirilib

27 may 2023 | 11:05
28 May - Müstəqillik Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Göygöl Rayon İcra Hakimiyyəti və YAP Göygöl rayon təşkilatının dəstəyi, Göygöl Gənclər Evinin, Gənclər və İdman İdarəsinin və GİKM Göygöl nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Breyn-rinq" intellektual bilik yarışması keçirilib. Bilik yarışmasının məqsədi gənclərin intellektual potensialının inkişaf etdirilməsi, dünya görüşlərinin formalaşdırılmasıdır. Gərgin mübarizə şəklində komandaların rəqabəti nümayiş olunan oyunda 1-ci yeri şəhər 2 nömrəli tam orta məktəbin, 2-ci yeri Göygöl rayon Texniki Təbiət Fənləri Təmayüllü Liseyin, 3-cü yeri şəhər 3 nömrəli tam orta məktəbin, həvəsləndirici yeri isə şəhər 4 nömrəli tam orta məktəbin komandası qazanıb. Qalib olan hər bir məktəb komandası öz bilik və intellektual potensialları ilə seçilirdi. Qalib komandalar Fəxri Fərman və xatirə hədiyyələri ilə təltif olunublar.
İştirak edən bütün komandalara təşəkkür edir, qalibləri təbrik edirik!
Keçidlər