Şriftin ölçüsü :

Saytın rəngi :

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Göygöl rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

28 noyabr 2018 | 16:00

Göygöl rayonu Dozular kəndində İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2 ha ərazidə 312 ədəd qoz ağacı əkilib. Salınmış bağ Sərəncamla 3 aztəminatlı ailəyə təmənnasız istifadəyə verilib.
Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanmışdır. Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.
Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma növlərindən olmaqla ümumilikdə 17560-a yaxın meyvə ağacları əkilib və 53 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.

Keçidlər