Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı qeyd olundu

22 noyabr 2018 | 16:00

Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında  Ədliyyə işçilərinin   Peşə  bayramı  və  Azərbaycan  Ədliyyəsinin    yaradılmasının  100 illik yubileyi münasibəti ilə tədbir keçirildi.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat  rəhbərləri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri və media işçiləri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq,  ona hörmət və ehtiramlarını ifadə etdilər.
Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı Arif Seyidov ədliyyə və məhkəmə orqanlarının bütün əməkdaşlarını təbrik edərək, Azərbaycan Respublikasında ədliyyə sisteminin tarixi, ədliyyə orqanlarının rolu və ölkə başçısının ədliyyə orqanlarına və işçilərinə qayğısı haqqında ətraflı məlumat verdi və bildirdi ki, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması ilə bir gündə təsis olunan Ədliyyə Nazirliyi 100 illik tarixi dövr ərzində zəngin, bir yol keçərək müasir inkişaf mərhələsinə çatıb, dövlətin hüquq siyasətini həyata keçirən bir orqana çevrilib. Bu gün Qanununun aliliyi, insanların qanun qarşısında bərabərliyi məsələsi ədliyyə sisteminin əsas fəaliyyət prinsipini təşkil edir.
Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə yüksək diqqət və qayğı göstərilmişdir. Ulu öndərin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmiş və o, gündən ədliyyə işçiləri öz peşə bayramlarını qeyd edirlər.
Ulu öndərin hüquq siyasətini uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son illər  Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılmış, bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilmiş, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülmüşdür.
Tədbirdə Göygöl rayon Məhkəməsinin sədri Qələmdar Abbasov geniş məruzə ilə çıxış etdi. Sonra hüquq mühafizə orqanlarının rayon şöbələrinin rəhbərləri də çıxış edərək öz təbriklərini çatdırdılar.
Tədbirin sonunda rayonda fəaliyyəti ilə fərqlənən bir sıra ədliyyə işçisinə İcra Hakimiyyəti başçısının fəxri fərmanı və hədiyyələri təqdim olundu.

Keçidlər