Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan Prokurorluğunun yaradılmasının 100 illik yubileyi qeyd edildi

01 oktyabr 2018 | 16:00

Göygöl rayonunda Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı və Azərbaycan Prokurorluğunun yaradılmasının 100 illik yubileyi münasibəti ilə Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirildi. Tədbir iştirakçıları Göygöl rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ümummilli lider Heydər Əliyevi heykəli önünə gül dəstələri qoyaraq ulu öndərə hörmət və ehtiramını bildirdilər. Tədbirdə Rayon İcra hakimiyyətinin başçısı Arif Seyidov, rayonun hüquq mühafizə orqanlarının və idarə müəssisə rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndəli iştirak etdilər.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək Prokurorluq orqanlarının bütün əməkdaşlarını və bütövlükdə ölkənin hüquq ictimaiyyətini səmimi qəlbdən təbrik etdi, işlərində  uğurlar və gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzuladı və qeyd etdi ki, müasir dövlət qurumlarının bir çoxu kimi Prokurorluq orqanlarının da yaranması əlamətdar tarixlə - ötən əsrin əvvəllərində Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin  təşəkkül tapması ilə birbaşa bağlıdır. Azərbaycanın ilk Prokurorluq orqanı Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının  1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində fəaliyyətə başlamışdır.     
          Bu tarixin rəsmiləşməsi, hər il  1 oktyabrın Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı kimi qeyd olunması da, məhz Ulu Öndər   Heydər Əliyevin adı ilə bağlıdır.  Ulu Öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i Respublikada Prokurorluq işçilərinin  peşə bayramı gününün  təsis edilməsi prokurorluq orqanlarına Dövlət qayğısının ifadəsi olmaqla yanaşı prokurorluq işçilərinin fəaliyyətinə yüksək dəyər verilməsinin təzahürüdür. Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər ilk növbədə İnsan hüquq və azadlıqlarının qorunmasından, qanunların aliliyinin təminatından, məhkəmə hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən və ədalət mühakiməsinin beynəlxalq tələblərə tam uyğunlaşmasından asılıdır. Bu amillər  ölkə rəhbəri cənab İlham Əliyevin daim diqqət mərkəzində saxlanılır və  bütün sahələrlə yanaşı Prokurorluq  sahəsi də inkişaf edir.
Tədbirdə çıxış edən Göygöl rayon Prokuroru İlqar Hacızadə ölkə başçısının prokurorluq orqanlarına və işçilərinə göstərdiyi qayğısı haqqında geniş və ətraflı məlumat verdi və  göstərilən bu diqqətə görə minnətdarlığını bildirdi.

Keçidlər