Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçirildi

21 iyul 2018 | 16:00

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Göygöl rayonu oldu. Göygöl rayon Heydər Əliyev adına park kompleksində keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin, Rayon İcra Hakimiyyətinin təmsilçiləri, kənd və qəsəbələrin sakinləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin Respublikamızın digər bölgələrindən gəlmiş qonaqlar iştirak etdilər.
Layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də Respublikamızda regionlararası mübadiləni gücləndirilməsidir. Əvvəlcə festival iştirakçıları Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsi tərəfindən qurulmuş çadırlarda həmin bölgələrin qədim el sənəti nümunələri, eləcə də ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanmış dekorativ tətbiqi sənətin müxtəlif sahələrinə aid incəsənət nümunələri və suvenirlərlə yaxından tanış oldular. Sonra Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış etdilər.
Festival iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Rayon sakinləri bölgələrdə bu cür yaradıcılıq festivallarının keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək, tədbir təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər