Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul etdi

20 iyul 2018 | 16:00

Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Şahin Mustafayev Göygöl rayon Heydər Əliyev Mərkəzində Göygöl, Goranboy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul etdi. Vətəndaşlar əsasən güzəştli kreditlərin verilməsi, turizmin inkişafı, heyvandarlıq, bitkiçilik, tikinti materialları istehsalı müəssisinin tikintisi, sanatoriya-müalicə fəaliyyətinə lisenziya verilməsi, sosial və digər məsələlərlə müraciət etmişlər. Vətəndaşların müraciəti cənab Nazir tərəfindən diqqətlə dinlənildi və qaldırılmış məsələlərin əksəriyyəti yerindəcə öz həllini tapdı. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verildi.

Keçidlər