Göygöllülər Novruz bayramını təntənəli şəkildə qeyd etmişlər
Göygöl şəhər Mərkəzi stadionu bayramsayağı şüar və plakatlarla bəzədilmiş, milli adət ənənələrimizi əks etdirən sərgilər təşkil olunmuşdur. Bahar qızı, kosa və keçəlin Göygöl şəhərini faytonla gəzərək stadiona daxil olması bayram şənliyinə xüsusi bir ovqat qatdı.
Göygöl rayonu İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov çıxış edərək Novruzun xalqımızın min illərdən bəri el arasında nəsillərin yaddaşında yaşayaraq bu günümüzə qədər çatdığını, ən qədim bayramlardan biri olduğunu qeyd etdi və rayon ictimaiyyətini bu bayram münasibəti ilə təbrik edərək onlara xoş istək və arzularını çatdırdı.
Bayram tədbirində iştirak edən Milli Məclisin deputatı cənab Rövşən Rzayev çıxış edərək rayon ictimaiyyətini səmimi qəlbdən təbrik edərək qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin sayəsində bu Milli bayramın dövlət səviyyəsində qeyd olunur və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Müstəqil Azərbaycan Respublikamız inkişaf etdir, əhalinin sosial rifahı günü-gündən yaxşılaşır. Tədbirdə Rayon idmançıları idman oyunları nümayiş etdirmiş, və bayram tədbiri rayon Mədəniyyət və Turizm şöbəsinin özfəaliyyət kollektivinin rəngarəng konsert proqramı ilə başa çatmışdır.