Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü təntənəli şəkildə qeyd olundu

01 iyun 2018 | 16:00

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Göygöl şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında uşaqların iştirakı ilə geniş bayram tədbiri təşkil olundu. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Təhsil şöbəsinin məsul işçiləri, rayonun məktəbəqədər təhsil müəssisələrinin kollektivləri, müəllimlər, şagirdlər  və valideynlər iştirak etdilər.
Tədbirdə çıxış edən natiqlər 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününün   dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd olunduğunu bildirərək,  cəmiyyətimizin gələcəyi olan uşaqlara ölkəmizdə göstərilən hərtərəfli diqqət qayğıdan geniş və ətraflı məlumat verdilər. Bildirildi ki, bu gün Azərbaycanda uşaqların hüquqları Konstitusiya ilə  qorunur, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uşaqların müdafiəsi  ilə bağlı mühüm qərarlar qəbul edilir. Uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edilib.
Tədbir uşaqların iştirakı ilə təşkil olunmuş konsert proqramı ilə davam etdirildi. Bayram konsertində uşaqların ifasında nəğmələr səsləndirildi, səhnəciklər və bədii kompozisiyalar nümayiş olundu. Sonda “Qoy həmişə günəş olsun” başlığı ilə  asfalt üzərində rəsm müsabiqəsi keçirildi.

Keçidlər