Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında uşaqların iştirakı ilə Respublika gününə həsr olunmuş bayram tədbiri keçirildi

22 may 2018 | 16:00

Göygöl şəhər Heydər Əliyev parkında yerləşən “Uşaq Əyləncə Mərkəzinin” qarşısında Göygöl Rayon İcra Hakimiyyəti və Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi - 28 May Respublika gününə həsr olunmuş bayram tədbiri keçirildi. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Rayon Təhsil şöbəsinin məsul işçiləri, müəllimlər, ümumtəhsil və musiqi məktəblərinin şagirdləri  və valideynlər iştirak etdilər.
Tədbirdə şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları barədə geniş və ətraflı məlumat verilərək bildirildi ki, bu il xalqımızın dövlətçilik tarixində mühüm yer tutan, onun parlaq və şərəfli səhifəsini təşkil edən   Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur.  Azərbaycan istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbiçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Bu gün biz tam əsasla deyə bilərik ki, Azərbaycanın suverenliyi üç fundamental təməl üzərində qərar tutur. Klassik Azərbaycan dövlətçiliyi ənənələri, Azərbaycan Xalq Cümhuriyyəti və Heydər Əliyev epoxasında milli ideologiyanın məqsədyönlü şəkildə inkişaf etdirildiyi Azərbaycan Respublikası.
     Tədbir şagirdlərin təşkil etdiyi konsert proqramı ilə davam etdirildi.

Keçidlər