Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Xalq Cümhuriyyəti – Xalq Maarif Nazirliyi və onun fəaliyyəti” mövzusunda dəyirmi masa keçirildi

21 may 2018 | 16:00

Göygöl rayon Heydər Əliyev Mərkəzində Göygöl Rayon İcra Hakimiyyəti və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti – Xalq Maarif Nazirliyi və onun fəaliyyəti” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Rayon Təhsil şöbəsinin məsul işçiləri, müəllimlər, şagirdlər və gənclər iştirak etdilər. Tədbirdə çıxış edən natiqlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xalq Maarif Nazirliyinin fəaliyyəti barədə geniş və ətraflı məlumat verərək qeyd etdilər ki, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin apardığı məqsədyönlü siyasət nəticəsində dövlət idarələri tədricən milli dil praktikasına yiyələnməyə başlamışdı. Məhz həmin dövrdə milli kadrların məsul vəzifələrə gətirilməsi ənənəsi yaradılmışdır.
Azərbaycan – türk dili dövlət dili elan olunmuşdur. Milli kadrların formalaşmasına,  ümumən xalqın savadlanmasına böyük ehtiyacın olduğunu dərk edən Azərbaycan hökumətinin başlıca vəzifələrindən biri də xalq maarifinin inkişafı, xüsusilə ali təhsil müəssisələrinin yaradılması idi. Ona görə də 1919-cu ildə Bakıda Dövlət Universiteti, müəllim kadrları hazırlayan Darülmüəllim açılmışdı. Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsi Gürcüstanın Qori şəhərindən Qazağa köçürülmüş, yüz nəfər tələbə ali təhsil almaq məqsədilə xarici ölkələrə göndərilmişdir. 1919-cu ildə artıq Azərbaycanda 700-ə qədər məktəb fəaliyyət göstərirmiş. Uğurlu təhsil siyasəti nəticəsində hələ köhnə düşüncənin hökm sürdüyü bir şəraitdə, qızların məktəbə cəlb olunmasına nail olunmuş. İlk milli muzeyi–“İstiqlal” muzeyi təşkil olunmuşdur.
Sonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş slayd tədbir iştirakçılarına təqdim olundu.

Keçidlər