Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon Qadınlarının Konfransı keçirilmişdi

01 mart 2013 | 16:00

Göygöl rayon İcra Hakimiyyətin  akt zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Göygöl rayon İcra Hakimiyyəti ilə birgə Azərbaycan Qadınlarının IV Qurultayına hazırlıq mərhələsində Göygöl rayon Qadınlarının Konfransı keçirildi. Konfransı açıq elan edən Göygöl rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə İbrahimova konfrans iştirakçılarını salamlayaraq Azərbaycan Dövlət Qadın siyasətindən geniş məlumat verdi və bildirdi ki, 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə,  qadınların imkanlarının genişləndirilməsi məqsədi ilə ölkəmizdə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi  yaradılmışdır, qadınlara qarşı ayrı seçkiliyin qarşısının alınması üzrə mühüm tədbirlər görülmüşdür. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Qadın siyasəti ilə bağlı verdiyi 06 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsi yaradılmış və qadınların cəmiyyətdəki fəaliyyəti daha geniş vüsət almışdır.

Konfransın işində iştirak edən Milli Məclisin Deputatı Sahibə xanım Qafarova çıxış edərək Göygöl rayon qadınlarını salamladı və Müasir dövrdə insan hüquqları çərçivəsində geniş təhlil olunan mühüm sahələrdən biri qadın hüquqları və gender bərabərliyindən danışdı və qeyd etdi ki,   bir sıra Avropa ölkələrində qadınların seçki hüquqları olmadığı halda, Azərbaycanda ilk dəfə Şərqdə qadınlara seçki hüququ verilmişdir.
Çıxış edən digər konfrans iştirakçıları da dövlətin qadınlara göstərdiyi diqqət və qayğıdan danışdılar. Konfransın sonunda Azərbaycan Qadınlarının IV Qurultayına Göygöl rayonundan 10 nəfər nümayəndə seçildi.

Keçidlər