Göygöldə ənənəvi “Kitab bayramı” keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Göygöl rayonunda “Kitab bayramı” keçirilib. Rayon İcra hakimiyyətinin, eləcə də ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin ictimai-siyasi həyatını əks etdirən 300-dək kitab nümayiş olunub.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin rəsmiləri hər birimizə örnək olan dahi şəxsiyyət Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, dünya şöhrətli siyasətçinin xalqımız qarşısında xidmətləri əvəzsizdir. Bayram tədbirində kitabsevənlərə zəka və mənəviyyat mənbəyi olan yeni kitablar təqdim olunub.
Tədbirin sonunda bayram konserti təşkil olunub.