Göygöldə sakinlər kütləvi sürətdə tibbi müayinədən keçirilir
20 aprel 2018 | 16:00
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə keçirilən əhalinin tibbi müayinəsinə Göygöl rayonunda da ciddi hazırlıq işləri görülüb. Bu günədək rayon üzrə 11 səhiyyə ocağında 33197 nəfər tibbi müayinədən keçirilib, onlardan 24186 nəfəri sağlam hesab edilib, 8543 nəfəri ambulator, 353 nəfəri stasionar müalicəyə cəlb edilib. 76 nəfərin üzərində cərrahiyə əməliyyatı aparılıb. Cari ilin may ayının 15-dək əhalinin kütləvi tibbi müayinəsi davam etdiriləcək.