Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda dini maarifləndirmə işinin təşkili ilə bağlı seminar keçirilib

26 aprel 2018 | 16:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda iki günlük seminar-treninq keçirilib.
Tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Göygöl RİH başçısı Aparatının aidiyyəti nümayəndələri, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, məktəb psixoloqları və "Həyat Bilgisi" fənnini tədris edən müəllimlər, eləcə də gənclər və ictimaiyyət nümayəndələri  iştirak ediblər.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov çıxış edərək bildirib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri və ölkəmizdə mövcud olan məzhəblərarası vəhdət bütün dünya üçün bir nümunədir. Natiq onu da vurğulayıb ki, Azərbaycanda müsəlmanlar ölkə əhalisinin 96%-ni təşkil edirlər. İslam dini ölkəmizdə təkcə ibadət ediləcək inanclar sistemi deyil, eyni zamanda xalqımızın mədəniyyətinin tərkib hissəsidir. Dini radikalizmin yaranma səbəbləri və onun fəsadlarından bəhs edən sədr müavini deyib ki, bəzi qruplar sülh və əmin-amanlıq dini olan İslamı siyasiləşdirərək, qarşıdurma yaratmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Dini ekstremizmin sosial və ictimai zərərləri, eləcə də dini radikalizmə qarşı mübarizə tədbirləri haqqında məlumat verən Gündüz İsmayılov respublikamızda bu istiqamətdə maarifləndirmə işinin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər natiqlər milli-mənəvi dəyərlərimizin təbliği baxımından cəmiyyətimizdə maarifləndirmə işinin aparılmasına böyük ehtiyac olduğunu qeyd ediblər.
        İkigünlük seminar-treninq fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

Keçidlər