Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Xocalı Soyqırımı 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdi

27 fevral 2013 | 16:00

Xocalı Soyqırımı qurbanlarının 21-ci ildönümünə həsr edilmiş tədbirdə   Göygöl rayonu İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov giriş sözü ilə çıxış edərək faciənin mahiyyətindən geniş söhbət açaraq qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalıya hücum edərək, bir gecənin içində şəhəri yerlə yeksan etmişdir. Bu qanlı aksiya zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər dinc sakin girov götürülmüşdür. Bu ağır cinayətə görə siyasi hüquqi məsuliyyət bir başa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür. İlk dəfə Xocalı soyqırımına hüquqi-siyasi qiymət 1994-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin səyi nəticəsində verilmiş  və 26 fevral -  “Xocalı soyqırımı günü” elan edilmişdir. Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində 21 ilə yaxındır ki, məqsədyönlü və sistemli iş aparır.  Son illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilmiş “Xocalıya ədalət” Beynəlxalq təbliğat və tədqiqat kompaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birlikdə səmərəli fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətinin nəticəsində, artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı “insanlığa qarşı törədilmiş kütləvi cinayət” hadisəsi kimi tanımış və üzv dövlətləri həmin faciəyə müvafiq siyasi hüquqi qiymət verməyə çağırmışdır. Pakistan, Meksika, Kolumbiya, Çexiya və ABŞ-nın 6 ştatının parlamentlərində bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamə qəbul edilmişdir.

Saat 17.00-da  Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra isə Xocalı soyqırımına həsr edilmiş Göygöl şəhər məktəblilərinin iştirakı ilə bədii kompozisiya nümayiş olundu.

Keçidlər