Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöllü məktəblilər növbəti “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı oldular

15 mart 2018 | 16:00

Ölkə rəhbərinin tapşırığına əsasən məktəblilərin bölgələrə maarifləndirici tur aksiyası davam etdirilir. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Göygöllü məktəblilər növbəti mərhələyə qatılıblar. Belə ki, 15 mart 2018-ci il tarixdə Göygöl  rayon ümumtəhsil məktəblərinin 40 nəfər əlaçı və nümunəvi şagirdləri 5 bələdçi-müəllimin müşayiəti ilə  Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşdülər. Tur-aksiya iştirakçıları əvvəlcə Göygöl rayon Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər.  “Ölkəmizi tanıyaq” tur-aksiya  iştirakçılarının yola salma mərasimində  Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, təhsil işçiləri, valideynlər, ağsaqqallar və media nümayəndələri iştirak etdilər. 
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən təşkil olunan bu tur-aksiyanın şagirdlərin dünya görüşünün artırılmasında, gələcək həyatında mühüm rol oynayacağını qeyd etdi və ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədini daşıdığını vurğuladı.
Tədbirdə çıxış edən digər natiqlər də bu tur-aksiyanın mahiyyəti barədə geniş və ətraflı məlumat verərək, ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda uşaqlarla xatirə şəkili çəkdirildi və tur iştirakçıları xüsusi avtobusla yola salındı.

Keçidlər