Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 28-ci ildönümü Göygöl rayonunda qeyd olundu

20 yanvar 2018 | 16:00

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları ilə irəli sürülən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
      20 yanvar faciəsinin 28-ci ildönümü münasibəti ilə Göygöl rayon “Şəhidlər xiyabanı”nda anım tədbiri keçirildi. Anım tədbirində Göygöl  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov, Rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.  Saat 12.00-da Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Şəhidlərin ruhuna dualar oxundu və məzarları üzərinə əklil və gül dəstələri qoyuldu. Anım tədbiri həzin musiqi sədalarının müşayiəti ilə keçirildi.

Keçidlər