Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevinin əziz xatirəsi yad edildi.

12 dekabr 2017 | 16:00

Dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin vəfatından 14 il keçir. Respublikamızın bütün bölgələrində olduğu kimi, Göygöl rayonunda da Ümummilli lider Heydər Əliyevin  əziz xatirəsi izdihamla  qeyd edildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ərazisində yerləşən hərbi hissələrin əsgər və zabitləri, ziyalılar, ağsaqqallar, gənclər və rayon ictimaiyyəti iştirak etdilər. Tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndərin heykəli önünə gül-çiçək dəstələri düzərək, Ümummilli liderin  əziz xatirəsini dərin ehtiramla  yad etdilər.
Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuza nur saçır.

Keçidlər