Göygöl rayon Tarix-diyarşünaslıq muzeyi yenidən quruldu.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yenidən qurulmuş Göygöl rayon Tarix-diyarşünaslıq muzeyi istifadəyə verildi.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva, Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab, Milli Məclisin Deputatı Rövşən Rzayev iştirak etdilər.
Muzeydə ibtidai icma quruluşundan müasir dövrədək məişət əşyalarının nümunələri, qədim kurqanlarda aparılan qazıntılar zamanı əldə olunan saxsı qablar, qadın bəzək əşyaları nümayiş etdirilir. Burada həmçinin Sənədli tarixi filmlərin nümayişi üçün ayrıca salon yaradılıb. Muzeydə almanların həyat tərzini, Forer qardaşları tərəfindən emalına başlanan şərabçılığın inkişafı tarixini əks etdirən xüsusi guşə fəaliyyət göstərir. Yeni mədəniyyət obyektinin istifadəyə verilməsi alman-Azərbaycan dostluğunun 25 illiyi və almanların bu ərazilərə gəlməsinin 200 illik yubileylərinə sanballı töhfədir.