Göygöl rayonunda “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində növbəti ekskursiya turu təşkil olundu
18 noyabr 2017 | 16:00
“Ölkəmizi tanıyaq” devizi altında Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Pirallahı, Qaradağ, Sumqayıt, Xəzər, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Abşeron, Xətai, Səbail, Suraxanı İmişli, rayonlarından gəlmiş məktəb şagirdləri üçün Göygöl rayonunda ekskursiya turu təşkil olundu. Tur çərçivəsində şagirdlər Göygöl rayon Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Tarix-diyarşünaslıq muzeyinə (Lüteran alman kilsəsi), Bayraq muzeyinə və Meydanına, Göygöl Milli parkına ekskursiya etdilər. Eyni zamanda şagirdlər alman yaşayış məskənləri ilə də tanış oldular. Göygöl rayonundan şagirdlər xoş təəssüratla ayrıldılar.