Göygöl rayonunda 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş mərasim keçirilmişdir
21 yanvar 2013 | 16:00
Keçmiş sovet hərb maşınının Azərbaycan xalqına qarşı törətdiyi ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə kimi daxil olmuş 20 Yanvar faciəsinin 23-cü ildönümü Göygöl rayon ictimaiyyəti tərəfindən dərin hüzn günü kimi qeyd olunmuşdur. Tədbirdə 5000 nəfərə yaxın rayon ictimaiyyətinin “Şəhidlər xiyabanına” ziyarəti təşkil olunmuş və saat 12.00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ziyarətçilər şəhid qəbirlərinin üzərinə əklillər və tər çiçək dəstələri qoymuşlar.