Şriftin ölçüsü :

Saytın rəngi :

22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü Göygöl rayonunda qeyd olunub

22 noyabr 2022 | 16:59
Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında və məhkəmələrdə böyük ruh yüksəkliyi ilə qeyd olunur.
Zəngin tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 104 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Azərbaycan Ədliyyəsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır.
22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə  Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Rayon Məhkəməsinin sədri Qələmdar Abbasov, Məhkəmə və ədliyyə sahəsində çalışan digər şəxslər və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri İcra Hakimiyyətinin qarşısında  Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, önünə gül dəstələri düzüblər.
Eyni zamanda Göygöl şəhər Şəhidlər xiyabanında şəhid məzarları ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub və əziz xatirələri anılıb.
Keçidlər