Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi

18 oktyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Göygöl Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə müzakirə olunmuşdur.
Müşavirədə  Rayon İcra hakimiyyətinin başçısı cənab Arif Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının yerli nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının, ağsaqqallar, ziyalılar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
        İclası giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək bildirdi ki, oktyabr 9-da Nazirlər Kabinetinin iclasında ilin 9 ayına yekun vuran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında hesabat dövründə ölkəmizin beynəlxalq aləmdə və xarici siyasət kursunda, həmçinin sosial-iqtisadi sahədə vəziyyəti barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, bu gün Azərbaycanın 42 milyarddan çox valyuta ehtiyatı var və təkcə 2017-ci ilin 9 ayı ərzində valyuta ehtiyatlarımız 4,5 milyard artıb. Ötən dövrdə bütün sahələrdə dinamik inkişaf təmin olunub, qeyri-neft iqtisadiyyatının 2,5 faiz artımına nail olunub. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz artmışdır.
Hesabat məruzəsində bildirildi ki, 2017-ci ilin doqquz ayı ərzində Göygöl rayonunda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2017-ci ilin avqust bayının 19-da rayonumuza sayca dördüncü tarixi səfəri zamanı insanların rahatlığına xidmət edən “Qələbə” parkı, müasir tələblərə cavab verən çəhər 4 saylı Körpələr evi-uşaq bağçası, “Çiçəkli” Su elektrik stansiyası, Göygöl şəhərində Zona Toxumçuluq, Aqrokimya, Baytarlıq laboratoriyalarının və Respublika Süni Mayalanma Mərkəzinin açılışında şəxsən iştirak etməsi, öz xoş təəssüratlarını böyük səmimiyyətlə bölüçməsi, görülən işlərə yüksək qiymət verməsi, həmçinin rayonun gələcək inkişafının istiqamətlərini bir daha bəyan etməsi hamının sevincinə səbəb olmaqla yanaşı, insanların gələcəyə inamını və qurub yaratmaq əzmini daha da artırır, ölkəmizin sürətli inkişafını təcəssüm etdirir.
Rayonda 2017-ci iln 9 ayı ərzində 860 yeni iş yerləri açılmışdır ki, bunun da 738-i daimidir. İqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 105 milyon 598,9 manat, ondan 60 milyon 841,6 min  manatı (57,6 %) istehsal sahələrini, 44 milyon 757, 3 min manat (42,4 %) xidmət sahələrini təşkil etmiş, adambaşına 1669,2 manat dəyərində məhsul istehsal edilmişdir. 
Keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 738,3 min manat çox olmaqla 40 milyon 634,2 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir, bunun da 99,6 %-i qeyri dövlət sektorunun payına düşür.
Şəkər çuğunduru becərilməsinə marağın artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş və nəticədə 598,5 ha sahədə səpin aparılmış, hazırda yığıma başlanaraq 2300 ton çuğundur tədarük olunaraq təhvil verilmişdir.
Hesabat dövründə Göygöl şəhərinin 5 küçəsinə 5920 kv.m səkilərə 12080 kv.m asfalt örtük salınmış və 2778 p/m səki daşları düzülmüşdür. Göygöl şəhəri R.Nəsibov və 21-ci məhəllələrində yerləşən çoxmənzilli binaların 5-nin, D.Bayramov küçəsində 1 binanın, A.Ələsgər küçəsində yerləşən 3 çoxmərtəbəli binanın dam örtüyü dəyişdirilmi, 24 binanın fasad hissəsi suvanmış və rənglənmişdir.
Göygöl-Topalhəsənli, Aşıqlı-Toğanalı və Yeni Zod-Sarısu kəndarası avtomobil yollarının kənarları və ətrafında abadlıq işləri aparılmışdır.
20 iyun 2017-ci il tarixdə rayon ərazisinə düşən iri həcmli dolu nəticəsində Şəhriyar, Gəncə, Göyçəkənd, Üçbulaq, Köşkü, Aşıqlı, Yeni Zod, Mixaylovka kəndlərində 733 fərdi yaşayış evlərinin və 8 sosial obyektlərin dam örtüyünə dəymiş ziyan aradan qaldırılmışdır. 
Ümumtəhsil məktəblərinin və məktəbəqədər uşaq tərbiyə müəssisələrinin təmirinə və tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsinə göstərilən dövlət qayğısının nəticəsi olaraq 2017-ci ilin 9 ayı 432 şagird yerlik Üçtəpə kənd tam orta məktəbin, 40 şagird yerlik modul tipli Xasabağ kənd ümumi orta məktəbin tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, 59,4 min manat dəyərində inventar və avadanlıq alınaraq ümumtəhsil məktəblərinə paylanılmışdır. 
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, eyni zamanda quruculuq abadlıq işlərinin  aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq rayonda mövcud olan problemlərin aradan qaldırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər