Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Olimpiya İdman Kompleksində voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin qrup oyunları keçirilmişdir

24 sentyabr 2017 | 16:00

Avropa Voleybol Konfederasiyasının 2016-cı ilin sentyabr ayındakı yığıncağında 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 3 qrup oyununun, play-off mərhələsi oyunlarının və final oyunun  19 sentyabr -01 oktyabr tarixlərində Azərbaycanda keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman sahəsində qazandığı nailiyyətlərə verilən yüksək qiymətin təzahürüdür. Ölkədə beynəlxalq səviyyədə tədbirlərin, xüsusən ilk Avropa Oyunlarının və  Ümumdünya Şahmat  Olimpiadasının, eləcə də bir çox idman növləri üzrə Dünya və Avropa çempionatlarının, Dünya Kuboku və Qran-Pri yarışlarının təşkilinin ənənəvi hal alması bu Avropa çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inam yaratmışdır.
Avropa çempionatının “D” qrupunun yarışlarının Göygöl Olimpiya İdman Kompleksində keçirilməsi tarixi hadisədir. 22-24 sentyabr 2017-ci il tarixlərdə Göygöl Olimpiya İdman Kompleksində təşkil olunmuş yarışlar yüksək səviyyədə həyata keçirilmişdir. Yarışda dörd: Serbiya, Hollandiya, Çexiya və Belçika ölkənin komandaları görüşmüşdür. Yarış müddətində ictimai asayiş, idmançıların təhlükəsizliyi tam təmin edilmişdir.     
     Yarışları rayon sakinləri və qonaqlar böyük  izdihamla izləmişlər.

Keçidlər