Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri cənab Ramin Quluzadə Göygöl rayonunda bölgə vətəndaşlarını qəbul etdi
Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri cənab Ramin Quluzadə Göygöl, Goranboy, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı rayon, Gəncə və Naftalan şəhər vətəndaşlarını qəbul etdi.
Qəbuldan əvvəl Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzdülər.
Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda cənab Nazir vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, işə qəbul və digər məsələlərlə bağlı müraciətlərini dinlədi. Müraciətlərin bir qismi yerində öz həllini tapdı, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verildi, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alındı.