Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniyanın Azərbaycandakı səfiri Göygöl rayonuna səfər etmişdir

01 noyabr 2012 | 16:00

31 oktyabr 2012-ci il tarixdə Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfiri cənab Herbert Kvelle Göygöl şəhərində aparılan quruculuq və abadlıq işləri ilə tanış olmaq məqsədi ilə Göygöl rayonuna səfər etmişdir. Səfər çərçivəsində Səfir cənab Herbert Kvelle Göygöl rayonu İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidovla və Millət vəkili cənab Rövşən Rzayevlə görüşmüşdür. Görüşdə Səfir cənab Herbert Kvelle qeyd etdi ki, Göygöl şəhərində aparılan yenidənqurma işləri onun çox xoşuna gəldiyini bildirdi, eyni zamanda Səfir vurğuladı ki, əsası 1918-ci ildə almanlar tərəfindən qoyulmuş şəhərin mərkəzi küçələrindəki evlərin fasad hissələrinin görünüşü əsaslı təmir olunaraq olduğu kimi saxlanılmışdır.
Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov rayonda aparılan quruculuq və abadlıq işlərinə görə ölkə rəhbəri cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirdi və qeyd etdi ki, görülən bütün işlər əhalinin sosial rifahının yaxşılaşdırılmasına və rayonda turizmin inkişaf etdirilməsinə yönəlmişdir.
Milli Məclisin deputatı cənab Rövşən Rzayev çıxış edərək qeyd etdi ki, Azərbaycan tolerant dövlətdir, hər bir xalqa xüsusi hörmət bəslənilir və Azərbaycan-Almaniya münasibətləri günü-gündən genişlənir.
Görüşün sonunda qonaqlarla xatirə şəkili şəkildi.
 

Keçidlər