Səhiyyə naziri cənab Oqtay Şirəliyev Göygöl rayonunda vətəndaşları qəbul etdi
25 avqust 2017 | 16:00
Azərbaycan Respublikasının Səhiyyə naziri cənab Oqtay Şirəliyev Göygöl Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirdi. Cənab Nazir Göygöl, Daşkəsən və Goranboy rayon, Gəncə və Naftalan şəhər sakinlərinin müraciətlərini, təklif və şikayətlərini dinlədi, vətəndaşların səhiyyə sahəsinə dair maraqlandıran suallarını cavablandırdı və lazımi tədbirlər görüldü.