Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniyanın Azərbaycandakı Səfiri Göygöl rayonuna səfər etdi.

15 iyun 2017 | 16:00

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfiri cənab Mixael Kindsqrab 15 iyun 2017-ci il tarixdə Göygöl rayonuna səfər etdi. Səfər çərçivəsində cənab Mixael Kindsqrab Göygöl Rayon İcra Hakimiyyətinin Başçısı Arif Seyidovla və Millət vəkili Rövşən Rzayevlə görüşdü. Görüşdə almanların Cənubi Qafqaza köçürülməsinin 200 illiyi ilə bağlı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq rayonda görüləcək işlərin geniş müzakirəsi aparıldı və tədbirlərin təşkil olunacağı yerlərə baxış keçirildi.

Keçidlər