2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları çərçivəsində 2 idman növü üzrə yarış Göygöl rayonunda təşkil ediləcək
14 fevral 2025 | 13:16
Sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə Azərbaycanda keçiriləcək III MDB Oyunları çərçivəsində Cüdo və Sambo idman növləri üzrə yarış Göygöl Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulub. Bu barədə III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclasında bildirilib. İclasda verilmiş tapşırıq və tövsiyələrin icrası ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətində İşçi Qrupu yaradılmış, görüləcək işlərə dair Fəaliyyət Planı hazırlanaraq həlli istiqamətində müzakirələr aparılmışdır.