“2023-cü il - Heydər Əliyev İli” ilə bağlı Göygöl rayonunda silsilə tədbirlər davam etdirilir
26 oktyabr 2023 | 10:56
“2023-cü il - Heydər Əliyev İli” ilə bağlı Göygöl rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər Evi Sosial Xidmət Müəssisəsi və rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr edilmiş, rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zəfər Dastanı” adlı şeir müsabiqəsi təşkil olunub.
Müsabiqə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan olunub. Müsabiqənin açılış mərhələsində Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova və Göygöl Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Şəhriyar İsmayılzadə çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şanlı tarix yazan igid oğullarımızın gənclər arasında tanıdılması və gənclərdə vətənpərvərlik hissinin aşılanmasından ibarət olduğunu vurğulayaraq, müsabiqədə iştirakçılarına uğurlar arzu ediblər.
Münsiflər heyəti şagirdlərin çıxışlarını dinlədikdən sonra, səsləndirilən şeirlərə fikir bildirərək, qalibləri müəyyən ediblər. Müsabiqədə ümumilikdə Göygöl rayon üzrə 27 məktəb və hər məktəbdən bir nəfər şagird iştirak edib. Qaliblər diplom və hədiyyələr ilə təltif olunublar. I yerə Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbin şagirdi Aynurə Abdıyeva, II yerə Göygöl şəhər Göygöl 1 nömrəli tam orta məktəbin şagirdi Zəhra Məmmədova, III yerə Göygöl şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Rəna Məmmədli, IV yerə isə Göygöl şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Ağamirzə Mahmudbəyli layiq görülüb.
Qalibləri təbrik edərək, iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk.