Şriftin ölçüsü :

Saytın rəngi :

2 iyul - Azərbaycanda Polis Günüdür

02 iyul 2022 | 15:22

İyulun 2-də Azərbaycanda Polis Günü qeyd edilir. Xalqımızın ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.

Bu gün ölkəmizdə hökm sürən yüksək ictimai-siyasi sabitliyə görə Azərbaycan Polisinə minnətdar olan hər bir vətəndaşımız milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanlarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəyinə ürəkdən inanır.

İyulun 2-də Azərbaycan Polisi günü münasibəti ilə Göygöl Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin icraçısı, başçısının I müavini Turani Əliyev, Göygöl rayon Polis Şöbəsinin Rəisi polis polkovniki Zaur Nəsirov, Polis Şöbəsinin bütün əməkdaşları, Göygöl rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra tədbir iştirakçıları Göygöl Şəhidlər xiyabanında Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyub, məzarları üzərinə tər çiçəklər düzüblər.

Keçidlər