Rayonda kompleks Mülki Müdafiə təlimi keçirilmişdir
26 iyul 2012-ci il tarixdə Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidovun, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Mülki Müdafiə idarəsinin rəisi polkovnik Mirzə Əsgərovun, Mülki Müdafiə idarəsinin rabitə xidmətinin rəisi polkovnik leytenant Əlitaleh Qasımovun və Fövqəladə Hallar Nazirliyinin Gəncə regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik leytenant Səhman Hacıyevin iştirakı ilə Göygöl Mexaniki zavodunun ərazisində rayonun kompleks Mülki Müdafiə təlimi keçirildi. Təlimin məqsədi mülki müdafiə qüvvələrinin baş verə biləcək fövqəladə hadisələrə hazırlığını artırmaqdır. Yanğın, kimyəvi zəhərlənmə, epidemiya, yaralılar, insanların təxliyə edilməsi. Bütün bunlar şərti olaraq mülki müdafiə qoşunlarının təlimində baş verdi. Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə, zərərçəkmişlərə ilk həkim yardımının göstərilməsi, epidemiya, epizootiyaya qarşı mühafizə tədbirləri və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı tapşırıqları yerinə yetirildi. Təlimdə rayonun hərbiləşdirilməmiş dəstələrinin 213 nəfər şəxsi heyəti və 31 ədəd texnikası iştirak etdilər. Təlimin gedişində Göygöl rayonu mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edildi.