Səyyar “ASAN 5 xidmət”i Göygöl şəhərində fəaliyyət göstərmişdir
15 fevral 2017 | 16:00
01 fevral 2017-ci il tarixdən 15 fevral 2017-ci il tarixədək Səyyar “ASAN 5 xidmət”i Göygöl şəhərində rayon sakinlərinə səyyar xidmət göstərmişdir. Səyyar "ASAN 5 xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Səyyar “ASAN 5 xidmət” zamanı 1364 vətəndaşın müraciətinə baxılmışdır. Göstərilən xidmətdən rayon sakinləri razı qalaraq öz minnətdarlıqlarını bildirmişdilər.