Göygöl rayonunda 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
20 yanvar 2017 | 16:00
20 yanvar faciəsinin 27-ci ildönümü münasibəti ilə Göygöl rayon mərkəzi kitabxananın oxu zalında “20 yanvar - tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda tədbir keçirildi. Tədbirdə rayonun təhsil və mədəniyyət işçiləri və gənclərin nümayəndələri iştirak etdilər. Tədbirdə çıxış edən natiqlər qeyd etdilər ki, xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günüdür. Bu qanlı hadisələr bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı müstəqilliyinin bərpası naminə mübarizə aparmaq əzmindədir.
Tədbir məktəblilərin təşkil etdiyi bədii kompozisiya ilə başa çatdı.