Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədov Göygöl rayonda vətəndaşları qəbul edib
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədov Göygöl rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Göygöl, Goranboy, Yevlax, Samux və Daşkəsən rayonlarının vətəndaşlarını qəbul edib.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb. Müraciətlər əsasən ixtisasa görə işlə təminat, torpaqların təyinatının dəyişdirilməsi, cins mal-qaranın alınması, subsidiyaların verilməsi, texniki təminat və digər məsələlərlə bağlı olub.
Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
Sakinlərlə görüşdən sonra nazir Heydər Əsədov Respublika Süni Mayalama Mərkəzində görülən işlərlə tanış olub.