Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin inzibati binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilmişdir

15 mart 2012 | 16:00

14 mart 2012-ci il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin inzibati binasının əsaslı təmirdən sonra açılışı ilə bağlı tədbir keçirildi. Açılışda Polşanın Azərbaycandakı Səfiri cənab Mixail Labenda, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova, Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov və Göygöl rayon ictimaiyyəti iştirak etdilər. Tədbiri açaraq Göygöl rayon İcra Hakimiyyətinin Başçısı cənab Arif Seyidov qonaqları salamlayaraq, Göygöl rayonunda yeni açılmış Uşaq və Ailələrə Dəstək Mərkəzinin inzibati binasının əsaslı təmirində dəstəyi olan hər bir kəsə öz dərin minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu Mərkəz Göygöl rayonunda ilk olaraq Uşaqların Xilası Təşkilatının həyata keçirdiyi iki illik layihəsi əsasında yaradılmışdır və Möhtərəm Prezidentimizin 2011-ci ilin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdinə verilmişdir. Hal-hazırda bu Mərkəzdə həssas təbəqədən olan ailələrə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara mənəvi dəstək göstərir. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova çıxış edərək bildirdi ki, mərkəzdə sosial və keys menecment otağı, təlim otağı, kompüter guşəsi, əlilliyi olan uşaqların bacarıqlarının inkişaf etdirilməsi üçün aktiv terapiya zalı, hidroterapiya, incəsənət terapiya və ünsiyyət terapiyasını həyata keçirmək üçün uyğun kabinetlər təşkil olunmuşdur. Eyni zamanda Hicran xanım Mərkəzdə çalışan işçilərə işlərini günün tələbləri səviyyəsində qurmağı tövsiyə etdi. Açılışda Polşanın Azərbaycandakı Səfiri cənab Mixail Labenda çıxışında Avropanın inkişaf etmiş ölkələrində belə Mərkəzlərin yarandığını qeyd edərək, rayon ictimaiyyətini Mərkəzdən səmərəli istifadə etməsini məsləhət gördü. Tədbir Mərkəzdə qeydə alınmış uşaqların çıxışı ilə yekunlaşdı.

Keçidlər