Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl şəhərinin baş planının yekun layihəsinin ictimai müzakirəsi keçirildi

15 noyabr 2016 | 16:00

Göygöl Rayonu İcra Hakimiyyətinin akt zalında  Göygöl şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair baş planının yekun layihəsinin ictimai müzakirəsi keçirildi. İctimai müzakirədə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Seyidov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müdir müavini Fəxri Aydəmir, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun əməkdaşları Sevda Süleymanova və Mirzə Orucov, Göygöl şəhər ictimaiyyəti,  idarə müəssisə və təşkilatların rəhbərləri, şəhər icra nümayəndə və bələdiyyəsi, media nümayəndələri iştirak etdilər.
        Göygöl şəhərinin baş planı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişinə əsasən dövlət büdcəsi hesabına İcraçı təşkilat “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən işlənilmişdir. Tərtib olunan baş planın yekun layihəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun  hazırlanaraq, şəhərin inkişafının əsas istiqamətlərini və prioritetlərini müəyyən edən proqnozlaşdırma sənədlərindən istifadə edilmişdir.
İctimai müzakirəyə təqdim olunan baş planın yekun layihəsi Layihə tapşırığında nəzərdə tutulmuş aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları və digər təşkilatlar tərəfindən razılaşdırılmışdır.
         İclas iştirakçıları Göygöl şəhərinin 2033-cü ilədək olan dövrə hesablanmış baş plan layihəsini məqbul sayaraq  təsdiq edilməsi üçün  Nazirlər Kabinetinə təqdim olunmasını məqsədəuyğun hesab etdilər.

Keçidlər