Şriftin ölçüsü :

Saytın rəngi :

Vergilər naziri Fazil Məmmədov Göygöl rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib

11 noyabr 2016 | 16:00

Azərbaycan Respublikasının Vergilər naziri cənab Fazil Məmmədov Göygöl rayon Heydər Əliyev Mərkəzində Göygöl, Samux, Goranboy, Daşkəsən rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul edib. Qəbulda Vergilər Məcəlləsinə edilmiş son dəyişiklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb. Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, digərlərinin araşdırılması və lazımı tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Keçidlər