Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Göygöl rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib
23 sentyabr 2016 | 16:00
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Göygöldə vətəndaşları qəbul etdi. Qəbulda Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən və Şəmkir rayonlarının sakinlərinin müraciətləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.