Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə naziri Fikrət Məmmədov Göygöl rayonu Heydər Əliyev Mərkəzində Göygöl, Samux və Goranboy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib

22 avqust 2016 | 16:00

Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədov Göygöl rayonu Heydər Əliyev Mərkəzində Göygöl, Samux və Goranboy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl Nazir və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər