Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və idman naziri Azad Rəhimov Göygöl rayonunda vətəndaşları qəbul edib

20 iyul 2016 | 16:00

Göygöl rayonundakı Heydər Əliyev Mərkəzində Gənclər və idman naziri Azad Rəhimov Gəncə və Naftalan şəhərlərindən, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir və Tovuz rayonlarından olan sakinləri qəbul edib.

Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərinin verilməsi, işlə təminat, şəxsi məsələlər və s ilə bağlı olub. Gənclər sahəsində qeyri-hökumət təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsində edilən müraciətlər sırasındadır. İdman sahəsində müraciətlər isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya idman komplekslərinin, idman qurğularının tikintisi və təmiri, uşaq-gənclər və idman mərkəzlərinin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı ilə əlaqədar olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Keçidlər