Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göygöldə vətəndaşları qəbul etdi

29 iyun 2016 | 16:00

Göygöl rayonundakı Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə, Naftalan şəhərlərinin, eləcə də Göygöl, Samux, Goranboy və Kəlbəcər rayonlarının sakinlərini qəbul etdi.
Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti dini icmaların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, bir sıra dini icmaların zəruri ədəbiyyatlarla təmin edilməsi, gənclərin dini təhsil almalarına köməklik göstərilməsi, yeni məscidlərin tikilməsi və təmiri ilə bağlı oldu.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapdı. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verildi.

Keçidlər